Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/13/2026

Paylaşın

TARİX

Jak-Lui Davidin şah əsəri – Dövlət, Qanun və İradənin sənətdə təcəssümü

Jak-Lui David, Жак-Луи Давид

Rəssam bununla rəsmi seyr edənlərə informasiya ötürür: “İmperator yatmayıb. O, bütün gecəni səhərə qədər dövlət üçün çalışıb”

Bonapart Nopaleon qüdrətli ordusu, əzəmətli dövləti ilə şöhrət qazandı. Mənsub olduğu xalqın özgürlük rəmzinə döndü. Onun şah əsər sayılacaq potretini isə digər bir qüdrətli incəsənət xadimi yaratdı. Jak-Lui Davidin “İmperator Napoleon tuilinqdə, iş başında” adlı əsəri mədəniyyət hadisəsinə, sənət nümunəsinə çevrildi. Əsərdə İmperator döyüş meydanında deyil, iş otağında təsvir edilib. İlk baxışda əsər sadə portret kimi görünür. Napoleon dayanıb əlini köynəyinin içinə salıb. Amma burada bir detal siyasi mesajdı.

Arxadakı saat səhərin 4 radələrini göstərir. Niyə səhərin? Çünki şamlardan biri bütünlüklə əriyib, digəri isə sönmək üzrədir. Masanın üzəri kağızla doludur. Napoleonun manşetləri açılıb, saçları isə dağınıqdır. Rəssam bununla rəsmi seyr edənlərə informasiya ötürür: “ İmperator yatmayıb. O, bütün gecəni səhərə qədər dövlət üçün çalışıb”. Masanın üzərindəki sənədlər arasında kodeks sözünün bir hissəsi təsvir edilib. Bu isə o deməkdir ki, İmperator Nopaleon təkcə Sərkərdə deyil, həm də qanun yaradan, hökm verən Hökmdardır.

Qələmlə qanun, Qılıncla tarix yaradan İmperator

Rəsmdə Bonapart Nopaleonun iki obraz var: biri qüdrətli İmperator, digəri isə əzəmətli Lider obrazı.

Qılıncla qurduğu dövləti Qələmin qüdrəti, qanunların aliliyi ilə idarə edən Napoleonun potretində qılınc təsviri də uzaqda deyil, kreslonun üzərindədir. Sanki, birazdan onu götürüb qoşunları yoxlamağa gedəcək. Bu onun Sərkərdə əzəmətinə Jak-Lui Davidin bir işarəsidir. İncə detallarla işlənən portretdə ikinci bir məqam da üzə çıxır : Gecə Qələmlə qanun, gündüz Qılıncla tarix yaradan general İmperatorun əzəmətli obrazı göz önündə sərgilənir. Jak-Lui Davidin bu əzəmətli əsərində insanı düşündürən ciddi bir məqam da var : gücü, qüdrəti taxta deyil, dəmir iradəyə və nizam-intizama bağlı olan generalın, qanun yaradan dövlət xadiminin, qüdrətli sərkərdələrə xas dik duruşu.

Bütün tarixçilər tərəddüd etmədən Bonapart Napoleonu təkcə İmperator və qüdrətli Sərkərdə kimi deyil, həm də Fransa xalqının Lideri kimi qəbul edir, onun tarixi xidmətlərini Corc Vaşinqton, Osman Qazi, Əmir Teymur, Fateh Mehmet, Nadir Şah Əfşar, Cəvahirləl Nehru, Qazi Mustafa Kamal Paşa Atatürk, Ulu Öndər Heydər Əliyevlə müqayisə edirlər. Jak-Lui Davidin sənət əsərindən boylanan İmperatoru tarix yaradan Liderlərdən biri kimi sevirlər.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Ən son

GÜNDƏM

Milli Məclisin deputatı Hikmət Babaoğlu Baki-baku.az-a müsahibəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklər və

GÜNDƏM

Milli Məclisin deputatı Hikmət Babaoğlu Baki-baku.az-a müsahibəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklər və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin