Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

HƏR ŞEYDƏN

Müxtəlif ölkələrin qəribə vergi növləri: faktlar və əfsanələr

Vergi, Налог

Vergilər dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir. Bu vəsait hesabına yollar çəkilir, məktəb və xəstəxanaların fəaliyyəti təmin olunur, sosial layihələr həyata keçirilir. İnsanlar əsasən gəlir, əmlak və alış-verişə görə vergi ödəyirlər. Bununla yanaşı, bəzi ölkələrdə olduqca qeyri-adi ödəniş növlərinə də rast gəlinir. Onların bir qismi real olsa da, digərləri yalnız xalq arasında yayılan rəvayətlərdən ibarətdir.

İsveçdə qeyri-adi adlar

İsveçdə uşaqların adlarının qeydiyyatı ilə Vergi Agentliyi məşğul olur. Valideynlər uşaq doğulduqdan sonra üç ay ərzində onun adını və soyadını bildirməlidirlər. Qurum lağ obyektinə çevrilə, narahatlıq yarada və ya tələffüzü çətin ola biləcək adı təsdiqləməyə bilər. Bəzən buna “qeyri-adi ad vergisi” deyilir, lakin belə adlara görə ayrıca ödəniş yoxdur. Söhbət yalnız adların qeydiyyatı zamanı aparılan nəzarətdən gedir.

Avstriyada “gips vergisi”

Avstriya tez-tez xəsarətlərin baş verdiyi dağ-xizək kurortları ilə tanınır. Xilasetmə işləri və müalicə böyük xərc tələb edir. Buna görə internetdə istirahətin qiymətinə guya “gips vergisi”nin daxil edildiyi yazılır. Bu adda rəsmi vergi mövcud deyil. Çox güman ki, söhbət sığorta, müalicə və ya xilasetmə xidmətlərinin ödənişindən gedir.

Barbekü vergisi haqqında əfsanə

Belçikanın Valloniya bölgəsi ilə bağlı yayılan başqa bir məşhur rəvayət də barbekü vergisidir. İddialara əsasən, sakinlər qrildə yemək hazırlayarkən ətraf mühiti tüstü ilə çirkləndirdiklərinə görə ödəniş etməli idilər. Hətta işləyən qril avadanlıqlarının xüsusi cihazlarla təchiz olunmuş helikopterlər vasitəsilə müəyyən edildiyi bildirilirdi. Belə bir verginin tətbiqini təsdiqləyən rəsmi məlumat isə yoxdur. Yerli qanunlar açıq havada od yandırılmasına məhdudiyyət qoya bilər, lakin barbekü üçün ayrıca vergi nəzərdə tutulmayıb.

Almaniyada yağış suyuna görə ödəniş

Almaniyada “yağış vergisi” kimi tanınan ödəniş həqiqətən mövcuddur. Ölkənin bir çox şəhərində daşınmaz əmlak sahibləri yağış suyunun kanalizasiya şəbəkəsinə yönəldilməsinə görə pul ödəyirlər. Məbləğ damların, asfaltlanmış və betonlanmış ərazilərin sahəsinə əsasən hesablanır. Su keçirməyən səth nə qədər genişdirsə, ödəniş də bir o qədər çox olur. Yaşıl damların qurulması, su keçirən materiallardan istifadə və yağış suyunun xüsusi çənlərdə toplanması xərci azaltmağa imkan verir. Əslində bu, yağışın özünə görə deyil, tullantı sularının axıdılması sistemindən istifadəyə görə alınan kommunal ödənişdir.

Qeyri-adi və diqqətçəkən adlar bəzən ödənişlərin həqiqi mahiyyətini düzgün əks etdirmir. Məsələn, “yağış vergisi” əslində kanalizasiya xidməti ilə bağlıdır, barbekü və “gips vergisi” barədə yayılan məlumatlar isə böyük ehtimalla əfsanədən başqa bir şey deyil.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şəfa" ilk legioner futbolçu transferini reallaşdırıb.

Ən son

GÜNDƏM

İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla

GÜNDƏM

İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin