Mənim xüsusi məkanlarımdan biri Dağüstü parkdır. Bu yer təkcə gözəl mənzərəsi ilə deyil, həm də daşıdığı tarixi və mənəvi məna ilə seçilir.
Bu fikirləri Baki-baku.az-a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus bildirib.
“Burada Şəhidlər xiyabanı yerləşir. Xüsusilə 1990-cı ildə həlak olmuş insanların burada dəfn olunması bu məkanı daha da müqəddəsləşdirir. Burada Azərbaycanın öz şəhidlərinə göstərdiyi hörmət və ehtiram aydın şəkildə hiss olunur. Məncə, məhz belə tarixi yaddaş sayəsində Azərbaycanın müstəqilliyi bu gün güclü və möhkəmdir”, – deyə səfir vurğulayıb.
O qeyd edib ki, Dağüstü parkdan Bakıya möhtəşəm panorama açılır və şəhərin nə qədər gözəl olduğunu aydın görmək mümkündür. Həmin nöqtədən İçərişəhər də çox yaxşı görünür.
Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.