Bakıya ilk gəldiyim günü xatırlayıram. Axşam idi, təxminən saat səkkiz. Hotelə yerləşdikdən sonra saat 10-11 radələrində bulvarda gəzməyə çıxdım. Xeyli sayda insan gördüm. Şəhərin enerjisi və dinamikası dərhal hiss olunurdu.
Bu fikirləri Baki-baku.az-a müsahibəsində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus bildirib.
“Sonrakı illərdə isə gördüm ki, bu dinamika şəhər həyatının bir çox sahəsində özünü göstərir. İki ilə yaxındır ki, Bakıdayam, bu dövr ərzində təəssüratlarımın daha da dərinləşdiyini əminliklə deyə bilərəm. Məni xeyli dərəcədə təəccübləndirən məqamlardan biri də Bakıda gündəlik bir çox mədəni və digər tədbirlərin keçiriməsidir. Demək olar ki, hər gün sərgi, konsert, tamaşa var. Bu, həqiqətən çox gözəldir. Düşünürəm ki, Bakı sakinləri belə fəal və zəngin mədəni həyatın bir parçası olduqları üçün çox şanslıdırlar”, – deyə səfir vurğulayıb.
Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz