Metronun “Bənövşəyi” xəttinin şərti adı B-05 olan növbəti stansiyası “Qış parkı” nın yanında, “Nizami” metro stansiyasına yaxın ərazidə yerləşəcək.
Bu barədə Baki-baku.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, yeni metro stansiyasından bir çox ərazilərə piyada rahat şəkildə getmək mümkün olacaq. Belə ki, B-05 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə piyada 3 dəqiqəlik, Xarici İşlər Nazirliyinə 5 dəqiqəlik, Qış Parkına 4 dəqiqəlik, Fəvvarələr meydanına 13 dəqiqəlik, Azərbaycan Dövlət İqtisad Universitetinə 12 dəqiqəlik, Mərkəzi Univermağa və Daxili İşlər Nazirliyinə 11 dəqiqəlik, Təzəpir məscidinə 3 dəqiqəlik, Mərkəzi Parka və Akademik Milli Dram Teatrına isə 1 dəqiqəlik məsafədə yerləşir.
Qeyd olunub ki, B-05-dən “Nizami” metro stansiyasına keçid də təşkil ediləcək və yeni stansiyanın 3 çıxışı olacaq.