Bu gün Bakının Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçirilir. Bununla əlaqədar saat 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Nizami RETSİ ərazisində yerləşən TM-də aparılan təmir-təftiş işləri zamanı fasilə saat 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edir.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.