Qəbələdə 5.1 bal gücündə zəlzələ baş verib.
Baki-baku.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qəbələ stansiyasından 11 km cənub-qərbdə, zəlzələ ocağı 42 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3-5 bala qədər hiss olunub.
