“Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması üçün üç sahilyanı ölkə ilə işçi qrup yaradılıb”.
Baki-baku.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün sahilyanı ölkələrlə birgə tədbirlər görür:
“Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə – Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur”.