Bu gün təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrində qaz kəsilib.
Baki-baku.az “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir ki, həmçinin Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında da qısamüddətli fasilə yaranıb.