Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/04/2026

Paylaşın

GÜNDƏM

Bakıda bəzi tullantı daşıyıcılarının daha ucuza göstərdiyi xidmət hansı fəsadlara yol açır? – ARAŞDIRMA

Tullantı

Azərbaycanda biznes mühitinin sağlamlaşdırılması və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılır. Son illərdə daha sürətlə inkişaf edən və əhalisinin sayı artmaqda olan Bakıda yeni iş yerlərinin açılması və görülən işlər paytaxtımızı iqtisadi baxımdan da dayanaqlı edir. Lakin artan əhali, açılan iş yerləri və digər fəaliyyətlər şəhərdə tullantıların da çoxalmasına gətirib çıxarır. Bu da özlüyündə tullantıların daşınması sahəsinə tələbi artırmaqla yanaşı, çalışanların işini və məsuliyyətini artırır. Lakin bəzi işbazlar bu sahədə tənzimləmə mexanizminin olmamasını fürsət bilərək bazarda sağlam rəqabət mühitinə zidd fəaliyyət göstərir, həm iqtisadi, həm də ekoloji  cəhətdən zərər vurur.

Baki-baku.az bu yazıda bərk tullantıların daşınması sahəsində mövcud vəziyyətə, bir sıra şirkətlərin qeyri-səmərəli fəaliyyətinə və bunun yol açdığı fəsadlara toxunur.

Mövzu ilə bağlı “Smart Waste” şirkətinin təsisçisi və direktoru Süleyman Əliyev bildirib ki, hazırda tullantıların daşınması sahəsində əsas problemlərdən biri bazarda fəaliyyət göstərən bəzi fiziki və hüquqi şəxslərin qaydalara uyğun işləməməsidir.

Onun sözlərinə görə, bəzi şirkətlər çox aşağı qiymətlə xidmət təklif edir və bu da ciddi suallar yaradır:

“Çünki rəsmi tariflərə uyğun işləyən, tullantını qanuni poliqonlara təhvil verən və bütün xərcləri qarşılayan şirkətin həmin qiymətlərlə fəaliyyət göstərməsi iqtisadi baxımdan mümkün görünmür”.

Şirkət rəsmisi qeyd edib ki, Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında tullantıların həm daşınması, həm də zərərsizləşdirilməsi üçün müəyyən xərclər mövcuddur. Qanuni fəaliyyət göstərən şirkətlər tullantıları ixtisaslaşmış qəbul məntəqələrinə təhvil verir və bunun üçün rəsmi ödənişlər edir. Lakin bazarda elə qiymətlər təklif olunur ki, bu, həmin tullantıların rəsmi poliqonlara çatdırılmadığı ehtimalını yaradır. Nəticədə tullantılar bəzi hallarda icazəsiz ərazilərə, boş torpaq sahələrinə və ya nəzarətsiz məkanlara boşaldılır.

Süleyman Əliyevin fikrincə, məsələ təkcə rəqabətlə məhdudlaşmır, eyni zamanda ciddi ekoloji risk yaradır. O bildirib ki, tullantılar xüsusi izolyasiya olunmuş poliqonlara deyil, açıq ərazilərə atıldıqda onların sızıntıları torpağa və yeraltı sulara qarışır. Bu isə uzunmüddətli dövrdə torpaq qatının çirklənməsinə və ətraf mühitə ciddi zərərin dəyməsinə səbəb ola bilər. İxtisaslaşmış poliqonların xüsusi membran və qoruyucu qatlarla tikilməsinin əsas məqsədi də məhz bu risklərin qarşısını almaqdır.

Şirkət rəhbəri bazardakı əsas boşluqlardan birinin məişət tullantılarının daşınması ilə bağlı xüsusi lisenziya mexanizminin olmaması olduğunu deyib. Onun sözlərinə görə, təhlükəli tullantıların daşınması zamanı şirkətlərin texnikası, əməkdaşların hazırlığı və təhlükəsizlik standartları yoxlanılır. Məişət tullantılarında isə belə nəzarət sistemi mövcud deyil və bu, istənilən şəxsin minimal texniki imkanlarla bazara daxil olmasına şərait yaradır.

O bildirib ki, tullantı daşınması xüsusi standartlar tələb edən sahədir. Burada istifadə olunan texnikanın uyğunluğu, konteynerlərin vəziyyəti, əməkdaşların təhlükəsizlik qaydalarına əməl etməsi, tullantının düzgün marşrut üzrə daşınması və yekunda rəsmi poliqona təhvil verilməsi nəzarətdə saxlanılmalıdır. Əks halda bazarda qeyri-peşəkar və məsuliyyətsiz fəaliyyət halları artır.

Süleyman Əliyev hesab edir ki, tullantıların daşınması və təhvil verilməsi ilə bağlı rəqəmsal nəzarət sistemi qurulmalıdır. Belə sistem vasitəsilə tullantı yaradan müəssisə, tullantını daşıyan şirkət və onu qəbul edən poliqon arasında bütün proses elektron şəkildə qeydiyyata alına bilər. Bu həm şəffaflığı artırar, həm də tullantının haradan götürülüb hara təhvil verildiyini izləməyə imkan yaradar.

Onun fikrincə, belə nəzarət mexanizmi bazarda bütün iştirakçıların eyni qaydalarla işləməsinə şərait yarada bilər. Bu halda həm qanunsuz fəaliyyətin qarşısı müəyyən qədər alınar, həm də qiymət rəqabəti daha sağlam şəkildə formalaşar. Eyni zamanda tullantıların düzgün uçotu gələcəkdə emal sənayesinin inkişafı, investisiya imkanlarının genişlənməsi və statistik məlumat bazasının formalaşdırılması baxımından da vacib hesab olunur.

Şirkət rəsmisi bildirib ki, hazırda bazarda fəaliyyət göstərən şirkətlərin bir hissəsi standartlara uyğun işləsə də, digər hissəsinin fəaliyyəti ilə bağlı ciddi suallar mövcuddur. Xüsusilə aşağı qiymətə xidmət göstərən bəzi fiziki və hüquqi şəxslərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, vahid qaydaların tətbiqi və qanunvericilikdəki boşluqların aradan qaldırılması zəruri hesab olunur.

O əlavə edib ki, tullantıların idarə olunması məsələsinə yalnız daşınma xidməti kimi deyil, ekoloji təhlükəsizlik, sanitariya, şəhər idarəçiliyi və iqtisadi inkişaf baxımından da yanaşmaq lazımdır. Çünki bu sahədə yaranan boşluqlar uzunmüddətli dövrdə həm ətraf mühitə, həm də insanların yaşayış keyfiyyətinə birbaşa təsir göstərə bilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, Məişət tullantılarının daşınmasına görə ayrıca icazə nəzərdə tutulmur. Belə ki, ölkədaxili və beynəlxalq yükdaşımalarda AYNA tərəfindən yükdaşıma fəaliyyəti göstərən şəxslərə buraxılış vəsiqəsi, onların nəqliyyat vasitələrinə isə buraxılış kartları verilir.

Xatırladaq ki, Azərbaycanda təhlükəli tullantıların daşınması və idarə olunması üçün xüsusi lisenziya tələb olunur və bu lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Bu proses zamanı şirkətlərin texniki təminatı, təhlükəsizlik standartları və fəaliyyət imkanları qiymətləndirilir. Məişət tullantılarının daşınması sahəsində isə ayrıca lisenziya mexanizminin olmaması bazarda nəzarət və rəqabət məsələlərinin daha çox müzakirə olunmasına səbəb olur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 14 may 2026-cı il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb və bərk məişət tullantıları ilə bağlı yeni Milli Strategiya qəbul ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, qonaqlar uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim ediblər.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, qonaqlar uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim ediblər.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin