Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/03/2026

Paylaşın

Mədəniyyət

Parisdə Türk Mədəniyyəti və İrsi Fondu ilə UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO

1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfər çərçivəsində UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar Qurumunun direktoru Krista Pikkat ilə ikitərəfli rəsmi görüş keçirib.

Baki-baku.az xəbər verir ki, görüş, fövqəladə hallar və böhran vəziyyətlərində mədəni mülkiyyətin təxirəsalınmaz mühafizəsi, bərpası və bu sahədə regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Görüş çərçivəsinddə, mədəni irs obyektlərinin bərpası və mühafizəsi, eləcə də mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Fondun təşəbbüsü ilə keçirilən regional ekspert proqramlarının və təlimlərin səmərəliliyi yüksək qiymətləndirilib.

Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova əməkdaşlığın səmərəliliyini artırmaq məqsədilə UNESCO-ya bir sıra yeni və praktiki təkliflər təqdim edib.

UNESCO rəsmisi Krista Pikkat öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal mədəni irsin mühafizəsi və regionda mədəni diplomatiyanın gücləndirilməsi istiqamətindəki fəal rolunu yüksək qiymətləndirib. O, təqdim olunan təşəbbüslərin dəstəklənməsində və fövqəladə hallara hazırlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bəyan edib.

Görüş, humanitar hədəflər naminə tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-a Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş qlobal səviyyədə türk mədəni və təbii irsinin qorunması,

Ən son

GÜNDƏM

Bakıda Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur.

GÜNDƏM

Bakıda Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin