Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Himnimizin müəllifini soyqrımdan xilas edən Böyük Bolşevik

Nəriman Nərimanov: “Üzeyir bəy, siz millət yox Vətən üçün daha böyük işlər görmək  naminə yaşamalısınız!”

Milli dövlətçilik və milli mənəvi-dəyərlər tariximzə adı həkk olunan iki qüdrətli sima var ki,  onları bir-birinə bağlayan Vətən-Azərbaycan adlı müqəddəslik olub. Nəriman Nərimanovla Üzeyir bəy Hacıbəylini bir amal, Odlar Yurdu Azərbaycana xidmət və sevgi birləşdirirdi. O böyük, sonsuz, hüdudları məlum olmayan sevgi  həm də ən çətin anlarda onları tarixi qərarlar almağa vadar etmişdi. Nərimanovun Üzeyir bəyi ölümdə xilas etməsi barədə  faktı bəlkə də az adam bilir. Əldə olunan məlumatlardan bəlli olur ki, 1918-ci ilin  Mart soyqrımları zamanı ermənilər Üzeyir bəyin evini güllə-boran edir. O zamanlar artıq Üzeyir bəy kifayət qədər nüfuza malikdi. “Leyli və Məcnun” operası  ilə məhşur idi. Ermənilərin bu qüdrətli və nüfuzlu bəstəkarı görməyə gözü yox idi.  Bu səbəbdən də Mart soyqrımının yaratdığı qarşılıqdan istifadə edib onu aradan götürmək, öldürmək istəyirdilər. Ancaq onların bu istəkləri baş tutmur. Hadisədən xəbər tutan Nərimanov soyqrımdan öncə Üzeyir bəyi yanına çağırıb teatr turuppası ilə birlikdə Güney Azərbaycana qastrol səfərinə getməyi tövsiyə edir. Üzeyir bəy məsələnin mahiyyətini bildikdən, belə bir təklifin Bakı əsilzadələrinə edildiyini, Mir Mövsüm Ağanın onların qayğısı ilə artıq o taya keçirildiyini eşitdikdən  sonra “ Mən dar gündə  milləti qoyub gedə bilmərəm, Nəriman bəy!” cavabını versə də, Nərimanovun “Üzeyir bəy, siz Vətən üçün daha böyük işlər görmək  naminə yaşamalısınız!” qərarına etiraz edib sözünü yerə salmır.

O dövrün məhşur mətbu orqanları Üzeyir bəyin qayıdışına görə millətə gözaydınlığı verir

  Bir neçə ay sonra  Cümhuriyyətin himnini bəstələyən, 30-cu illərin dəhşətləri içərisində “Koroğlu” operası ilə dünyaya səs salan Üzeyir bəy qardaşı, Parlamanın baş mətbu orqanı – “Azərbaycan” qəzetinin qurucusu, Cümhuriyyətin tanınması üçün Versal Sülh Konfransında Əlimərdan bəy Topçubaşovla tarix yaradan Ceyhun bəy Hacıbəyli ilə birlikdə Güney Azərbaycana yola düşür. Cümhuriyyət Tiflisdə elan edildikdən,  Gəncə dövrünü başa vurduqdan,  Bakı işğaldan azad olunduqdan, Cümhuriyyətin Bakı mərhələsi başlandıqdan sonra Hacıbəyli qardaşları Vətənə dönür.  O dövrün məhşur mətbu orqanları Üzeyir bəyin qayıdışına görə millətə gözaydınlığı verir.  Bu tarixi qayıdışın, xilaskarlıq missiyasının ideya müəlllifi- Nəriman Nərimanov barədə millətə bir kəlmə məlumat verilməsə də, Üzeyir bəy xilaskarını tanıyırdı.

Komissar Nərimanov milli musiqimizin bayraqdarını canilərin caynağından almışdı

Ermənilərin gizli planını yarımçıq qoyan, Üzeyir bəyi qorumaqla  milli musiqi tariximizin  banisinin xilaskarına çevrilən Nərimanovun müdrik qərarının arxasında dayanan böyük millət, məmləkət sevgisi barədə bu gün də bilənlərin sayı azdır. Tarixdə Bolşevik Rusyasının əsas sütunu kimi qalan komissar Nərimanovun buna ehtiyacı yoxdu.  Tarixi həqiqəti bilmək isə, bizim tarixə və tarixi şəxsiyyətlərə münasibətimizi dəyişə bilər. Komissar Nərimanov müdrik ziyalı, mütəfəkkir dövlət xadimi kimi ötən əsrin on səkkizinci ilində şah əsərlər yaradan qüdrətli sənətkarı, Azərbaycan SSR Elmlər Akademiyasının  15 təsisçisindən birini,  milli musiqimizin bayraqdarını canilərin caynağından almışdı.

Dekadada  Stalinin qəlbini fəth edəcək, əzəmətini millətlərin katorqasına bir daha nümayiş etdirəcəkdi!

1975-ci ildə Üzeyir bəyin Ev muzeyi təmir olunanda divarlardan Mart soyqırımı zamanı  daşnaqların  bəstəkarın evinə tuşladaqları güllələrin yeri üzə çıxır.  Bu faktlar bir daha sübut edir ki,  tarix də, tarixi şəxsiyyətlərin irsi də həqiqəti sevir.  Nərimanovun xilaskarlıq missiyasından sonra qeyd etdiyimiz kimi Üzeyir bəy Cümhuriyyətin himnini bəstələyəcək, Şura hökuməti illərində isə tale onu növbəti dəfə sınağa çəkəcək, o, həm də Sovet Azərbaycanının himnini bəstələyəcəkdi.  Bu xilası, dirçəlişi, daha doğrusu qurtuluşu ona çox görən erməni daşnakları  Bolşeviklərin  himayəsi ilə onun üstünə yeriyəcəkdilər. Orconikidzde, Kirov, Mikoyan, Beriya dəhşətləri içərisində “ Koroğlu” operasını qələmə alan Üzeyir bəy Moskvada keçirilən Azərbaycan ongünlüyündə – Dekadada  ali rəhbərin – Stalinin qəlbini fəth edəcək, “ Sənsiz”i, “Sevgili canan”ı ilə əzəmətini millətlərin katorqasına- Sovet İttifaqına bir daha nümayiş etdirəcək, fəxri adlar, orden, medallar alacaq, İkinci Dünya Müharibəsinin gözəgörünməz qəhrəmanlarından birinə çevriləcək, bir həqiqəti isə heç vaxt unuda bilmiyəcəkdi: “Üzeyir bəy, siz Vətən üçün daha böyük işlər görmək naminə yaşamalısınız!” Üzeyir bəy bu kəlamın sahibini də unutmuyacaqdı. Moskva səfərlərinin hər birində Kremlin divarları önündə dəfn olunan, millət, məmləkət sevgisinə görə əcəl şərbəti içən  komissar Nərimanovu ziyarətdə bulunacaqdı!  Bunun bir adı vardı: “İlahi Ədalət!” Gəlin, onu unutmayaq! Tarixə və tarixi şəxsiyyətlərə münasibətdə isə heç zaman…

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, xalq artisti Oqtay Zülfüqarovun doğum günüdür.

Ən son

GÜNDƏM

"Bank of Baku" ASC bu il yanvarın 27-də əlaqəli tərəf olan "Azpetrol Neft Şirkəti" MMC-dən

GÜNDƏM

"Bank of Baku" ASC bu il yanvarın 27-də əlaqəli tərəf olan "Azpetrol Neft Şirkəti" MMC-dən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin