Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/28/2026

Paylaşın

GÜNDƏM

İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib

Efiopiya

Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.

Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mahmud Ağanın əzəmətli malikanəsində təkcə şeir gecələri, muğam məclisləri təşkil olunmurdu, dövrün ictimai-siyasi prosesləri müzakirə edilirdi

Ən son

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az -a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az -a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin