Azərbaycanın aparıcı kosmetika istehsalçısı – “Gazelli Group” MMC yenidən təşkil olunur.
Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb “Zərifə Həmzəyeva adına Gazelli parfüm və kosmetik fabriki” MMC-nin holdinqdən ayrılmasıdır.
Kreditorlar iki ay ərzində tələbini Bаkı şəhəri, 28 May küçəsi, ev 4, mənzil 4 ünvanına bildirə bilərlər.