Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

BŞİH-də görüş: Xarici qonaqlar Bakının şəhərsalma təcrübəsini öyrənmək niyyətindədirlər

BŞİH, Bakı Şəhər İcra Hakimiyyəti, WUF13, Eldar Əzizov

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Bakı şəhərinə müxtəlif ölkələrdən qonaqlar gəlib.

Baki-baku.az xəbər verir ki, Suriyanın Dəməşq əyaləti, Qazaxıstan Respublikasının Astana şəhəri, Ruandanın Kiqali şəhəri, Vyana Əyalət Parlamenti, Estoniyanın paytaxtı Tallinn şəhəri, Niderlandın Haaqa şəhəri, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhəri, Moldovanın paytaxtı Kişineu şəhəri, Tanzaniyanın Dar-əs-Salam şəhəri və BƏƏ-nin Dubay şəhərindən gəlmiş nümayəndə heyətləri ilə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) görüşlər keçirilib.

BƏƏ nümayəndə heyətinə ərəb dilində nəşr olunan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim edilib. Qeyd olunub ki, Dubay təcrübəsi sübut etdi ki, müsəlmanlar istədikdə sıfırdan ultra müasir şəhər yarada bilərlər. Azərbaycan isə öz növbəsində müsəlmanların işğal altında olan torpaqlarını geri almağa qadir olduqlarını göstərdi.

“Bütün bunlara görə biz cənab Prezident İlham Əliyevə minnətdarıq. O, Azərbaycan tarixinin parlaq şəxsiyyətidir”, — deyə Eldar Əzizov əlavə edib.

İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşlərdə vurğulayıb ki, bugünkü Bakı şəhəri dövlətimizin başçısı İlham Əliyevin əsəridir və paytaxt daim onun diqqət və qayğısı ilə əhatə olunur. Bundan əlavə, o, ölkə rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri barədə ətraflı məlumat verib.

Xarici qonaqlar Bakı şəhərinin gözəlliyi, təmizliyi və həyata keçirilən yaşıllaşdırma işlərindən heyranlıqla danışıb, paytaxtın gecə işıqlandırılmasını xüsusi vurğulayaraq şəhərin çoxsaylı park və ictimai məkanlarını qeyd ediblər.

Onlar, həmçinin Bakı şəhərinin şəhərsalma təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edəcəklərini bildiriblər.

Keçirilən görüşlərdə qonaqlara müxtəlif 11 dildə çap olunmuş — Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı təqdim edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Asiya Yaşayış Yerləri Cəmiyyəti- Təbiətə Əsaslanan Sistemlərlə Davamlı və

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a institutdan məlumat verilib. “Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” adlı

GÜNDƏM

Bu barədə Baki-baku.az-a institutdan məlumat verilib. “Birinci Bakı Türkoloji Qurultayı: 1926-cı il sənədlər işığında” adlı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin