Hazırda dünya qlobal böhran dövrünü yaşayır. İqlim dəyişiklikləri, enerji çatışmazlığı, demoqrafik dəyişikliklər və artan bərabərsizlik bir-biri ilə əlaqəli, uzunmüddətli problemlərə çevrilib. Bu çoxşaxəli böhran özünü ən aydın şəkildə qlobal mənzil problemində göstərir və artıq dünyanın böyük hissəsi üçün gündəlik reallığa çevrilib.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Tonci Universitetinin vitse-prezidenti Li Syanin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar – rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.
O bildirib ki, mövcud vəziyyətlə bağlı rəqəmlər olduqca narahatedicidir. “Hazırda təxminən 2,8 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir, bir milyarddan çox insan isə qeyri-formal yaşayış məntəqələrində yaşayır. Bu vəziyyət beynəlxalq ictimaiyyət qarşısında ciddi məsuliyyət yaradır”, – deyə Li Syanin qeyd edib.