Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

“Danışan Rənglər: İbrahim Səfi” Vaşinqtonda təqdim olundu

“Danışan Rənglər: İbrahim Səfi”

Türklərin ABŞ-dəki ən böyük diaspor təşkilatlarından biri olan ATA-DC və Mədəni Diplomatiya və İnkişaf Fondu “Danışan Rənglər: İbrahim Safi” adlı sənədli filmin nümayişini və eyni adlı kitab təqdimatını keçirib.

Baki-baku.az xəbər verir ki, mərasim Türkiyədə yaşamış və yaxından Türkiyənin ulu öndəri Atatürkün portretini çəkmiş azərbaycanlı rəssam İbrahim Səfiyə həsr olunub.

ATA-DC-nin prezidenti Sevtap Şrefler tədbiri açaraq bu kimi tədbirlərin iki ölkə arasında dostluq və dayanışmanın möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim iki ölkənin hər zaman tək savaşda deyil, mədəniyyətdə, musiqidə və hətta duyğularda bir olduğunu deyib. O bildirib ki, Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı aydınlar hər zaman iki xalqın bir olması üçün əllərindən gələni əsirgəməyiblər. Səfirin sözlərinə görə, İbrahim Şəfi Türkiyədə savaşda iştirak etdikdən sonra iki ölkə arasında mədəniyyət bağlarının da möhkəmlənməsi üçün fəaliyyət göstərib.

Türkiyə səfirliyinin və Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçiləri də tədbirdə çıxış edib, təşkilatçılara dəstəklərini ifadə ediblər.

Tədbirin təşəbbüskarlarından və təşkilatçılarından biri olan siyasi analitik, jurnalist Zaur Bayramlı İbrahim Şəfinin Türkiyəyə getməsi, orada müharibədə iştirak etməsi və daha sonra Atatürkün portretini çəkmək üçün seçilməs barədə danışıb. O, İbrahim Səfinin türk dünyasının mədəni yaddaşına verdiyi töhfələri qeyd edib və ortaq mədəni irsin qorunmasının və təşviq edilməsinin vacibliyini vurğulayıb.

Mədəni Diplomatiya və İnkişaf Fondunun təsisçisi və icraçı direktoru Leyla Məmmədli türk dünyasında birlik, dialoq və əməkdaşlığın gücləndirilməsində mədəni diplomatiyanın əhəmiyyəti barədə çıxış edib. O, incəsənətin və mədəni irsin millətlər arasında körpülərin qurulmasında və qarşılıqlı anlaşmanın təşviq edilməsindəki rolunu vurğulayıb.

Filmin və kitabın müəllifi Jalə Cəfərova çıxışında İbrahim Şəfi yaradıcılığı ilk tanışlığı, onu dünyaya tanıtmaq istiqamətində fəaliyyəti və kitabın və filmin ərsəyə gəlməsi prosesi barədə danışıb. O, İbrahim Səfinin irsinin gələcək nəsillər üçün qorunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Proqramda 20 dəqiqəlik “Danışan Rənglər: İbrahim Səfi” sənədli filminin nümayişi, ardınca kitab təqdimatı baş tutub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald Kompanokanın fərdi sərgisinin açılışı olub.

Ən son

GÜNDƏM

22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi

GÜNDƏM

22 may 2026-cı il tarixində saat 15:00-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin