Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

GÜNDƏM

Müşavir: Bakı hazırda eyni vaxtda bir neçə transformasiya prosesi yaşayır

IMG-20260521-WA0083

Bu gün şəhərlərin rəqabət qabiliyyəti yalnız iqtisadi göstəricilər və tikinti həcmləri ilə ölçülmür.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin İnstitusional inkişaf məsələləri üzrə müşaviri Fariz Cəfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Müşavirin sözlərinə görə, şəhərlərin uğuru getdikcə insanların nə dərəcədə səmərəli hərəkət etməsindən, şəhər sistemlərinin nə qədər əlçatan olmasından və sürətli urbanizasiya şəraitində şəhərlərin dayanıqlılığını qoruyub-saxlamasından asılı olur.

“Bakı hazırda eyni vaxtda bir neçə transformasiya prosesi yaşayır. Şəhər sovet şəhərsalma irsi ilə formalaşmış modeldən müasir, çoxmərkəzli meqapolisə çevrilir. Həddindən artıq mərkəzləşmiş şəhər strukturundan daha balanslı metropoliten ekosisteminə keçid baş verir. Bakı əsasən iri istehsal zonaları və monofunksional rayonlarla xarakterizə olunan sənaye şəhərindən mobillik, xidmətlər, texnologiya və dəyişən həyat tərzinin müəyyən etdiyi daha çevik postsənaye şəhər mühitinə transformasiya olunur. Müasir dövrdə şəhərsalmanın ən mürəkkəb tərəflərindən biri şəhərlərin ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişməsidir. Şəhərsalma mütəxəssisləri bəzən şəhərləri cəmiyyətin köhnəlmiş modellərinə uyğun planlaşdırmaq riski ilə üzləşirlər. Halbuki müasir şəhərlər statik yanaşmalar üçün həddindən artıq sürətlə inkişaf edir. İnsanların 20 ildən sonra necə yaşayacağını, işləyəcəyini və hərəkət edəcəyini dəqiq proqnozlaşdırmaq asan deyil”, – deyə o vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Bakı Baş Planı 2040” çərçivəsində paytaxt sadəcə böyüyən meqapolis kimi deyil, daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal

Ən son

GÜNDƏM

Bakı–Tbilisi–Bakı marşrutu üzrə artıq biletlərin satışına başlanılıb.

GÜNDƏM

Bakı–Tbilisi–Bakı marşrutu üzrə artıq biletlərin satışına başlanılıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin