Şəhərlərin planlaşdırılması prosesində iqlim dəyişiklikləri faktorunun nəzərə alınması zəruri şərtlərdən biridir.
Baki-baku.az xəbər verir ki, bu barədə World Urban Forum 13 çərçivəsində ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev bildirib.
O qeyd edib ki, Bakıda bir neçə gün əvvəl müşahidə olunan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərinin artıq qlobal miqyasda və müxtəlif regionlarda hiss olunduğunu göstərib.
Dosent vurğulayıb ki, əvvəllər bu cür hadisələrin yalnız uzaq və fərqli coğrafiyalara aid olduğu düşünülürdü, lakin indi onların istənilən ölkədə baş verə biləcəyi daha aydın şəkildə müşahidə olunur.
Anar Vəliyev çıxışında həmçinin təhsil sahəsində süni intellekt texnologiyalarının tətbiqi və distant təhsilin mahiyyəti barədə də fikirlərini bölüşüb.