Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk üç günü ərzində 174 ölkədən 30 minə yaxın iştirakçı həm onlayn, həm də fiziki olaraq tədbirlərə qatılıb.
Baki-baku.az xəbər verir ki, bu məlumatı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində media nümayəndələri üçün təşkil olunmuş gündəlik mətbuat brifinqində elan edib.
Qeyd edilib ki, bu tədbirlər toplusu BMT tərəfindən davamlı şəhər inkişafı sahəsində təşkil edilən ən böyük forumdur və bu baxımdan “qlobal miqyasda ən böyük toplantı” statusunu doğruldur.