Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi: Artıq tarixi şəhərlərə muzey kimi yanaşma dayanıqlı deyil

IMG-20260520-WA0110

Dünyada uzun illər boyu tarixi şəhərlərə muzey kimi yanaşılıb. Lakin bu yanaşmanın artıq dayanıqlı olmadığı bildirilir və “ağıllı irs” konsepsiyasının ön plana çıxdığı vurğulanır.

Baki-baku.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycanda ağıllı və davamlı şəhər layihələrinin təqdim edilməsi” tədbirində çıxışı zamanı deyib.

O, İçərişəhərdə həyata keçirilən layihələrdən bəhs edib və ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduğu diqqətə çatdırılıb.

Rüfət Mahmud İçərişəhərdə tətbiq olunan rəqəmsal monitorinq sistemləri, tənzimlənən parklanma zonaları və nəqliyyata nəzarət mexanizmləri barədə məlumat verib və qeyd edib ki, bu yanaşmalar tarixi urban mühitin qorunmasına xidmət edir.

İçərişəhər üçün yaradılmış mobil tətbiqdən danışan R.Mahmud vurğulayıb ki, tətbiq vasitəsilə ziyarətçilər və sakinlər müxtəlif xidmətlərdən istifadə edə, tarixi məkanlar barədə məlumat əldə edə və şəhər mühitinin idarə olunması ilə bağlı rəqəmsal imkanlardan yararlana bilirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan artıq mənzil və şəhərsalma siyasətində təbiət əsaslı yanaşmanı ardıcıl şəkildə tətbiq edir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin