Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

WUF13-ün milli koordinatoru: Mənzil imkan, təhlükəsizlik və həyat keyfiyyəti ilə bağlıdır

IMG-20260520-WA0109

Mənzil ləyaqət, imkan, təhlükəsizlik və həyat keyfiyyəti ilə bağlıdır. Bu, şəhərlərimizin indiki və gələcək nəsillər üçün inklüziv, dayanıqlı və davamlı qalmasını təmin etməkdən ibarətdir.

Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA – BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Ölkəmizin əlverişli coğrafi mövqeyindən bəhs edən Anar Quliyev bildirib ki, Şərqlə Qərbi birləşdirən böyük nəqliyyat dəhlizləri məhz Azərbaycandan keçir.

“Bu gün yaşayış və şəhər inkişafının gələcəyi ilə bağlı bu mühüm dialoqa ev sahibliyi etmək paytaxtımız üçün şərəfdir. Forum mənzil, mənzil inkişafı, təhlükəsiz və möhkəm şəhərlər və icmalar mövzusu ilə bağlı keçirilir ki, bu da bizə əlbəttə, mənzilin təkcə binalar və infrastrukturdan ibarət olmadığını xatırladır”, – deyə WUF13-ün milli koordinatoru əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan artıq mənzil və şəhərsalma siyasətində təbiət əsaslı yanaşmanı ardıcıl şəkildə tətbiq edir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin