Bu gün Qlobal Gənclər Platformasının üzvləri forumun ikinci hissəsində öz ilk rəsmi iclaslarını keçirəcəklər. İclas zamanı platformanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edəcək bir sıra strateji qərarların qəbul edilməsi nəzərdə tutulur.
Baki-baku.az xəbər ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.
O bildirib ki, bu qərarlar sırasına Qlobal Cənub Gənclər Platformasına yeni üzvlərin qəbulu, gələcəkdə hansı beynəlxalq təşkilatlarla sıx tərəfdaşlıq əlaqələrinin qurulacağı, eləcə də növbəti tədbirlərin hansı ölkələrdə və hansı qlobal platformalar çərçivəsində keçiriləcəyi kimi mühüm məsələlər daxildir.
“Bu gün platformanın coğrafiyasının genişlənməsi və bura müxtəlif ölkələrdən yeni üzvlərin qoşulması gözlənilir.
İclasda müstəqil dövlətlərdən Misirin, eləcə də Niderland Krallığının dənizaşırı ərazisi olan Sint-Marten adasının və digər xarici regionların nümayəndələrinin iştirakı planlaşdırılır. Biz qlobal urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf siyasətinin formalaşdırılması istiqamətində müzakirələrimizi aktiv şəkildə davam etdiririk”,- deyə A. Abbasov vurğulayıb.