Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Mikayıl Cabbarov: Azərbaycan 1989-cu ildən Ermənistanda yaşayan azərbaycanlıların, qaçqınların, eləcə də məcburi köçkünlərin axını ilə üzləşdi

Mikayıl Cabbarov

Azərbaycan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində idi və bu mənada qeyri-formal mənzil təsərrüfatı və gecəqondular mövcud olsa da, onlar heç vaxt dövlət siyasətinin predmeti kimi qəbul edilmirdi.

Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-də “Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkəmiz hələ Sovet dövründə, 1989-cu ildən başlayaraq Ermənistanda yaşayan etnik azərbaycanlıların, qaçqınların, eləcə də işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin daimi, kəsilməz axını ilə üzləşdi.

“Sizə miqyası göstərmək üçün deyim ki, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı 1991-ci ildəki Azərbaycan iqtisadiyyatının üçdəbirini təşkil edirdi. Təbii ki, bu da əlavə təzyiqə səbəb oldu. Sonuncu, lakin eyni dərəcədə əhəmiyyətli məqam isə odur ki, növbəti onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan məcburi sosial miqrasiya prosesləri də ümumi mənzərəyə əlavə olundu. Bütün bunlar demoqrafik partlayış fonunda baş verirdi: çünki ölkə müstəqilliyini qurduğu dövrdə 7 milyonluq bir xalq idisə, növbəti 25 ildə 10 milyonluq bir xalq oldu”, – deyə nazir əlavə edib.

M.Cabbarov qeyd edib ki, ümumi mənzərə ondan ibarətdir ki, ölkədə hər 8 vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün idi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında 2026-cı ilin yanvar-iyun aylarında 61 min TEU konteynerə yaxın

Ən son

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici

GÜNDƏM

10 iyul 2026-cı il tarixində “Kitabxanada yay–2026” proqramı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin