Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Natiq Məmmədli: Azərbaycan mediasının WUF13-dəki fəaliyyətini yüksək qiymətləndiririk

Natiq Məmmədli, WUF13

Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.

Baki-baku.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövzu müstəvisinin ən qaynar müzakirələrinin getdiyi məkanlardan biri də medianın cəmləşdiyi nyusrumlardır:

“Biz çox sevinirik ki, Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır. Həm Azərbaycanın daxili, həm də beynəlxalq auditoriya üçün WUF13-lə bağlı vacib mesajların çatdırılmasında mediamız çox mötəbər mənbə funksiyasını layiqincə yerinə yetirir”.

N.Məmmədli qeyd edib ki, ümumiyyətlə, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılmasında çox zəngin və unikal təcrübə əldə edib:

“Düşünürük ki, bu, gələcək fəaliyyətimizdə peşəkarlığın artırılmasına öz vacib töhfəsini verəcək. Bu gün biz nyusrumdakı qaynar fəaliyyəti görürük və Azərbaycan jurnalistlərinə belə peşəkar fəaliyyətlərinə görə öz təşəkkürümüzü bildiririk”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən"

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin