Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

BMT rəsmisi: “Nəzarət mexanizmləri kifayət qədər effektiv deyil”

WhatsApp Image 2026-05-20 at 10.17.02

“Dünyada 2.8 milyard insan adekvat mənzil şəraiti olmayan ərazilərdə yaşayır”.

Baki-baku.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin köməkçisi və qurumun Ətraf Mühit Proqramı icraçı direktorunun müavini Elizabeth Maruma Mrema Ümumdünya Şəhərsalma Forumunda (WUF13) “İqlim-mənzil əlaqəsi: Bərabərsizliyi və yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri necə genişləndirə bilərik?” mövzusunda keçirilən sessiyada çıxışında deyib.

O bildirib ki, mənzil sahəsində mövcud problemlərin aradan qaldırılması üçün bu sahədəki boşluqlar dərindən araşdırılmalı və mövcud çətinliklər nəzərə alınmalıdır:

“Bəzi tikinti şirkətləri iqlim şəraitini nəzərə almırlar, yalnız mənfəət əldə etməyə çalışırlar. Nəticədə həmin binalarda yaşayan və çalışan insanlar bunun mənfi təsirlərinə məruz qalırlar. Evlər mümkün qədər aşağı xərclə inşa olunur, lakin bunun doğurduğu fəsadlar çox vaxt diqqətdən kənarda qalır”.

BMT rəsmisinin sözlərinə görə, əsas problemlərdən biri maliyyələşdirmə ilə bağlıdır.

“O cümlədən tikintidə dayanıqlı olmayan materiallardan istifadə olunur, keyfiyyətli və uzunömürlü tikinti ləvazimatlarına üstünlük verilmir. Siyasi və institusional müstəvidə də boşluqlar mövcuddur, nəzarət mexanizmləri isə kifayət qədər effektiv deyil”, – deyə Elizabeth Maruma Mrema əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin