Ölkəmizdə vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına göstərilən etimad və dəstək yüksək səviyyədədir.
Baki-baku.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.
A.Əliyeva diqqətə çatdırıb ki, WUF13-ün əsas mesajı təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasıdır. “Bu gün şəhərlər iqlim dəyişiklikləri, sosial bərabərsizlik, miqrasiya və humanitar böhranlarla üz-üzədir. Belə bir dövrdə şəhərlərin gələcəyi yalnız beton və infrastruktur üzərində qurula bilməz. Bu, insan etimadı, ictimai iştirakçılıq və həmrəylik üzərində formalaşmalıdır”, – deyə o əlavə edib.