Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13-də mənzil təminatı və ekoloji dayanıqlılıq məsələlərindən bəhs olunub

WUF13

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Hamı üçün layiqli mənzil təminatı” üzrə sessiyalararası görüş baş tutub.

Baki-baku.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyası tərəfindən yaradılmış Açıq Tərkibli İşçi Qrupunun görüşünə Azərbaycan və Somali həmsədrlik edib.

Tədbirdə əsas diqqət mənzil təsərrüfatının ekoloji davamlılığı və xarici təsirlərə qarşı dayanıqlılığı mövzusuna yönəldilib. İclasda sahə üzrə ekspertlər və rəsmi nümayəndələr bir araya gələrək mənzil siyasəti ilə bağlı tövsiyələrin hazırlanmasını müzakirə ediblər.

Görüş zamanı tikinti sektorunda ətraf mühitin qorunması, dünyadakı mövcud problemlər, yeniliklər və yeni imkanlardan bəhs olunub.

UN-Habitat-ın Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts bildirib ki, WUF13 çərçivəsində aparılan müzakirələr zamanı formalaşdırılan sistemlər gələcək nəticələrin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Onun sözlərinə görə, iqlim dəyişiklikləri mənzil təminatı, urbanizasiya və şəhərsalma kimi sahələrlə sıx şəkildə bağlıdır. Qeyd edib ki, 2015–2024-cü illər dövründə iqlim dəyişiklikləri nəticəsində dünyada ölkədaxili miqrantların sayı 248 milyona çatıb.

R. Tuts iqlimə həssaslıq məsələsinin təcili həll tələb etdiyini vurğulayıb və mövcud vəziyyətin əsasən imkan çatışmazlığından deyil, idarəetmədəki boşluqlardan qaynaqlandığını diqqətə çatdırıb. O, WUF13-ün maliyyələşmə, dayanıqlılıq və iqlim məsələləri üzrə qlobal müzakirələr üçün mühüm platforma yaratdığını bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tərəfdaşlıq inklüziv, dayanıqlı, davamlı və rəqəmsal texnologiyalarla dəstəklənən urban inkişafın təşviqinə yönəlmiş çoxtərəfli platformanın

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir şəhərlərdə iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın gücləndirilməsində, xüsusilə ekstremal təbiət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin