Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Energetika naziri: Azərbaycanda 2030-dək 1650 meqavatlıq yaşıl enerji layihələri həyata keçiriləcək

WUF13, Pərviz Şahbazov

Gələn il ümumi gücü 2 giqavat olan 12 Günəş və külək elektrik stansiyasının istismara verilməsi başa çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu”nda çıxışı zamanı deyib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında həyata keçirilən quruculuq işlərinin müasir inkişaf siyasətinin parlaq nümunəsi olduğu diqqətə çatdırıb.

“Bu ərazilərdə binalarda Günəş panelləri, enerji səmərəli həllər və elektrik doldurma infrastrukturu tətbiq olunur.

Eyni zamanda, 2030-cu ilədək tikilməsi planlaşdırılan 1650 meqavat gücündə bərpaolunan enerji stansiyaları hesabına ildə təxminən 2 milyon ton istixana qazı emissiyasının azaldılması nəzərdə tutulur. Ölkənin digər regionlarında da tətbiq olunan bu müasir şəhərsalma modeli D-8 ölkələri üçün də uğurlu təcrübə ola bilər.

İnteqrasiya olunmuş yanaşma ilə həm təmiz və səmərəli enerji təchizatını yaxşılaşdırmaq, həm də şəhərləri daha dayanıqlı məkanlara çevirmək mümkündür”,- deyə nazir bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin