Müasir mərhələdə şəhərlər artıq təkcə insanların yaşayıb işlədiyi məkanlar deyil, eyni zamanda diplomatiya, ticarət, infrastruktur, texnologiya, iqlim fəaliyyəti və regional əməkdaşlığın qovuşduğu strateji platformalar rolunu oynayır.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən “Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq: şəhərlərin yenidən qurulması şəhərləri regional əlaqə və ortaq rifahın mühərriklərinə necə çevirə bilər?” adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, dayanıqlı inkişafın gələcəyi şəhərlərin yalnız fiziki baxımdan deyil, iqtisadi, rəqəmsal, institusional və sosial müstəvidə bir-biri ilə nə dərəcədə səmərəli şəkildə əlaqələndiriləcəyindən asılı olacaq.