Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

WUF13: “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusu müzakirə olunub

WUF13

Mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasovun açılış sözü ilə başlayan tədbirdə iştirakçılar müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə ediblər.

Tədbir çərçivəsində təşkil edilən müzakirələrdə BMT-nin Gənclər üzrə Məşvərət Şurasının üzvü Mariam Sayed Mohamed Abdelsalam, Beynəlxalq Reparasiyalar Hərəkatının prezidenti Jean-Pierre Jose Martin, Sent-Vinsent və Qrenadin hökumət başçısının müşaviri Bayron-Koks Riçard Antoni Beresford, Boneyr İnsan Hüquqları Təşkilatının gənc nümayəndəsi Finies Kristan Tyee Eugene, mərakeşli hüquq məsləhətçisi Bouinzal Nohaila, “Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council”in İdarə Heyətinin üzvü Umuhoza Natete Verite, BMT İnkişaf Proqramının iordaniyalı məsləhətçisi Merna Suhail Issa Alzurikat çıxış ediblər.

Çıxışçılar qeyd ediblər ki, ədalət anlayışı insan cəmiyyətinin əsas dayaqlarından biridir və müstəmləkəçilik nəticəsində yaranan sosial bərabərsizliklər bu gün də dünya üçün ciddi çağırış olaraq qalır. Bildirilib ki, mənzil problemi yalnız iqtisadi məsələ deyil, həm də tarixi ədalətsizliklərin və müstəmləkəçilik siyasətinin nəticəsidir. Xalq öz torpağına, institutlarına və kollektiv gələcəyinə nəzarət etmədiyi halda heç bir mənzil siyasəti ədalətli ola bilməz.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müxtəlif regionlarda yerləşən sənaye zonaları arasında yeni əlaqələrin qurulması və iqtisadi potensialın bərpası, əslində uzunmüddətli sülhün və əməkdaşlığın

Ən son

GÜNDƏM

Mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə

GÜNDƏM

Mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin