Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Gülşən Rzayeva: Azərbaycan COP və WUF platformaları çərçivəsində gələcəyə yönəlmiş mühüm irs yaradır

Gülşən Rzayeva, WUF13

Azərbaycan COP və WUF platformaları vasitəsilə gələcək üçün əhəmiyyətli bir irs formalaşdırır. COP və WUF çərçivəsində həyata keçirilən təşəbbüslər bir-biri ilə sıx əlaqəlidir və Azərbaycan şəhərsalma layihələrinin ekoloji təşəbbüslərlə uzlaşdırılmasına xüsusi diqqət ayırır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbirdə səsləndirib.

O, Azərbaycanın postmüharibə mərhələsində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və quruculuq işlərinə toxunaraq bildirib ki, ölkə postböhran və postmünaqişə şəraiti üçün yeni inkişaf yanaşması ortaya qoyur.

“Reallaşdırılan bu təşəbbüslər təkcə şəhərlərin və icmaların yenidən inşasına xidmət etmir, eyni zamanda regionda sülhün möhkəmləndirilməsinə də töhfə verir”, – deyə Gülşən Rzayeva vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şamaxı adı çəkiləndə ilk ağla gələn saraylara baş əyməyən Xaqani Şirvani, “Ən-əlhəq” nidası ilə Haqdan uzaq olanların üstünə

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva anası, Birinci vitse-prezident Mehriban Əliyeva ilə arxiv fotosunu paylaşıb.

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva anası, Birinci vitse-prezident Mehriban Əliyeva ilə arxiv fotosunu paylaşıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin