Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Elnarə Ənsari: Azərbaycanda əlilliyin qiymətləndirilməsi üzrə tam elektron və təmassız sistem tətbiq olunur

Elnarə Ənsari, WUF13

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə əlilliyin qiymətləndirilməsi üçün tam elektron və təmassız sistem formalaşdırılıb.

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlimdə çıxışı zamanı danışıb.

Elnarə Ənsari qeyd edib ki, rəqəmsal əlillik alt sistemi vasitəsilə tibbi məlumatların emalı elektron formada həyata keçirilir və qərarlar daha şəffaf, operativ və səmərəli şəkildə qəbul olunur.

“Azərbaycan regionda bu sistemi tətbiq edən ilk ölkələrdən biridir. Digər mühüm məqamlardan biri isə sosial müavinətlərin vətəndaşlardan əlavə müraciət və ya sənəd tələb edilmədən proaktiv şəkildə təyin olunmasıdır. Bu proaktiv sosial xidmət modeli artıq beynəlxalq səviyyədə tanınır və müxtəlif ölkələr tərəfindən öyrənilir. Eyni zamanda, biz inklüziv və əlçatan şəhər konsepsiyasının inkişafı istiqamətində də fəaliyyət göstəririk. Əlçatanlıq anlayışı yalnız fiziki mühitlə məhdudlaşmır, bu, insanların həyatın bütün sahələrində bərabər iştirakını təmin etmək deməkdir”, – deyə o vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Liviya Dövləti Prezident Şurasının

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin