Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib

UN-Habitat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Əl Valid Xeyriyyə Təşkilatının Baş katibi, UN-Habitatın xoşməramlı səfiri Şəhzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Dövlət Komitəsindən Baki-baku.az-a bildirilib ki, görüş zamanı Bahar Muradova WUF kimi beynəlxalq platformaların dövlətlər arasında fikir və təcrübə mübadiləsinin genişlənməsi, həmçinin qarşılıqlı əməkdaşlıq layihələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Komitə sədri Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə İslam və ərəb ölkələrində fəal, təşəbbüskar qadınların ön plana çıxmasının qürurverici hal olduğunu qeyd edib.

O, həmçinin ailə, qadın və uşaq məsələləri, insan kapitalının inkişafı, gender bərabərliyi və sosial rifah istiqamətlərində həyata keçirilən tədbirlərin son illərdə daha da geniş vüsət aldığını bildirib. Vurğulayıb ki, Azərbaycanda bu sahələr üzrə dövlət siyasəti ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

Bahar Muradova qonağa, həmçinin qadın sahibkarlığının təşviqi, eləcə də şəhid ailələrinin xanımlarına sosial, təhsil və elmi istiqamətlərdə göstərilən dövlət dəstəyi proqramları barədə də ətraflı məlumat verib.

Lamia bint Məcid Al Səud da rəhbərlik etdiyi fondun fəaliyyəti barədə ətraflı danışıb. Qeyd edib ki, “Gələcəyə Baxış 2030” proqramı çərçivəsində Səudiyyə Ərəbistanıda genişmiqyaslı islahatlar həyata keçirilir. Xüsusilə qadın hüquqlarının müdafiəsi, onların səlahiyyətlərinin artırılması və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Həmçinin qadınların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, qadınlara psixoloji və tibbi dəstək, onların iqtisadi imkanlarının güclənməsi istiqamətlərində müxtəlif layihələr icra olunur.

Fond rəhbəri, həmçinin rəqəmsal təşəbbüslərin və süni intellekt əsaslı layihələrin dəstəkləndiyini bildirib. Onun sözlərinə görə, aparılan tədqiqatlar çərçivəsində tanınmış universitetlərin iştirakı ilə süni intellektin gələcək əmək bazarına təsiri və hansı peşələrdə daha çox tətbiq olunacağı araşdırılır. Əlavə edib ki, təşkilat müxtəlif ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Sonda tərəflər qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, sosial rifahın yüksəldilməsi sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Liderlər Sammitində Liviya Dövləti Prezident Şurasının

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin