Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Mavriki Prezidenti Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

WhatsApp Image 2026-05-19 at 11.24.38

“ASAN Könüllüləri” təşkilatı Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urbanizasiyada ASAN Modeli: Dövlət xidmətlərinin və könüllülüyün rolu” mövzusunda panel görüş keçirib.
Baki-baku.az xəbər verir ki, BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, “ASAN xidmət”in “ASAN müraciət” ilə iş sektorunun müdiri Əsli İbrahimli və “ASAN Könüllüləri” təşkilatının sədri Aysiman Quliyeva urbanizasiya şəraitində innovativ dövlət xidmətlərinin rolu, rəqəmsal həllərin tətbiqi, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər.
Panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinə əlçatanlığın artırılması, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları, “ASAN xidmət” modelinin sosial təsiri və “ASAN xidmət” ekosistemi çərçivəsində infrastrukturyönümlü siyasətə dəstək olan “ASAN müraciət” informasiya sistemi haqqında geniş müzakirələr aparılıb.
Sonra iştirakçılar üçün “Bakı memarlığı və Azərbaycanda şəhərsalma” mövzusuna həsr olunmuş interaktiv hissə təşkil olunub. Bu çərçivədə paytaxtın memarlıq irsi, şəhərsalma ənənələri, müasir urbanizasiya prosesləri və Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələrlə bağlı suallar cavablandırılıb. Aktiv iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim

Ən son

GÜNDƏM

Ekspozisiyada küçə itlərinə həsr olunmuş 25 foto nümayiş etdirilib.

GÜNDƏM

Ekspozisiyada küçə itlərinə həsr olunmuş 25 foto nümayiş etdirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin