Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

XRİTDX rəsmisi: WUF13-də “ağıllı şəhər”lərin kibertəhdidlərdən qorunması formaları nümayiş etdirilir

WUF13, XRİTDX

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “ağıllı şəhər” və rəqəmsal infrastrukturlara yönəlmiş kiberhücum ssenarilərinin simulyasiyası təqdim olunur.

Bu barədə Baki-baku.az-a açıqlamasında XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov məlumat verib.

O bildirib ki, Sərgidə Bakının və “ağıllı şəhər”lərin simulyasiya olunmuş infrastrukturları üzərində müxtəlif kiberhücum modelləri nümayiş etdirilir. Məqsəd kibertəhdidlərin mümkün nəticələrini və infrastrukturun qorunmasının əhəmiyyətini əyani şəkildə göstərməkdir.

“Təqdim olunan 3D modellərdə müxtəlif obyektlərə qarşı kiberhücum ssenariləri hazırlanıb. Bu hücumlar zamanı infrastrukturlarda baş verə biləcək dayanma və pozuntuların hansı nəticələrə səbəb ola biləcəyi nümayiş etdirilir.

Əsas məqsəd bu kimi obyektlərin kibermüdafiəsinə diqqəti artırmaq və onların təhlükəsizliyinin necə təmin olunmalı olduğunu göstərməkdir”, – deyə Tural Məmmədov bildirib.

XRİTDX-nin rəsmisi qeyd edib ki, stenddə ümumilikdə 13 müxtəlif simulyasiya təqdim edilir. Bunlar “ağıllı şəhər” kameraları, reklam panoları, ağıllı binalar, enerji doldurma sistemləri, televiziya yayımı infrastrukturu, ictimai nəqliyyat, taksi tətbiqləri, svetofor idarəetmə sistemləri, aeroport infrastrukturu, mobil şəbəkələr, bank sistemləri, ağıllı kənd infrastrukturu, həmçinin neft platformaları və elektron ölçmə sistemlərinə yönəlmiş kiberhücum ssenarilərini əhatə edir.

XRİTDX rəsmisi vurğulayıb ki, təqdimatlar vasitəsilə iştirakçılara kibertəhlükələrin yaratdığı risklər və bu risklərin qarşısının alınması mexanizmləri barədə məlumat verilir.

Tural Məmmədov əlavə edib ki, stenddə əsas diqqət simulyasiyaların nümayişinə yönəldilib və sessiya iştirakçıları burada qurumun informasiya təhlükəsizliyi sahəsində fəaliyyəti ilə də tanış ola bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin