Forumun mövzusu dünyanı evlə təmin etməkdir. Bu sözsüz ki, dövrümüzün ən təcili çağırışlarına tam şəkildə cavab verir. Biz yeni şəhərlər üçün gündəliyi yenidən nəzərdə keçiririk.
Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-un Liderlər Sammitində Mavriki Respublikasının Prezidenti Daramber Qoxul deyib.
Prezident bildirib ki, hazırda dünyada 3 milyard insan hələ də uyğun olmayan mənzil şəraitində yaşayır. Bu ciddi, presedentsiz humanitar təhlükədir. Sözsüz ki, bu, dayanıqlı inkişaf üçün ciddi çağırışdır. Odur ki, WUF13 sadəcə vaxtında keçirilən bir forum deyil, eyni zamanda, təcrübələrin paylaşılması, biliyin və qabaqcıl təcrübənin ötürülməsi üçün ən gözəl fürsətdir və dayanıqlı şəhərsalma və inkişaf üzrə gündəliyə sadiqdir.