Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Çivenqa, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Slovakiya Respublikası Baş nazirinin müavini Tomaş Taraba ilə ikitərəfli görüşlər keçirib.
Bu barədə Baki-baku.az-a Nazirlər Kabinetindən məlumat verilib.





