Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Anaklaudia Rossbax: WUF13 urbanizasiya üzrə qlobal fəaliyyətə yenidən baxılması üçün mühüm platformadır

Anaklaudia Rossbax, WUF13

Dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün şəhərlər inklüziv, təhlükəsiz, dayanıqlı və uzunmüddətli inkişaf yönümlü olmalıdır. Forumun əsas mesajı ondan ibarətdir ki, mənzil siyasəti torpaq idarəçiliyi, əsas xidmətlərin təminatı, iqlim tədbirləri, icma inkişafı və iqtisadi imkanlarla inteqrasiya olunmuş şəhər həllərinin mərkəzində yer almalıdır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günündə təşkil olunan mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, BMT Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiya sahəsində dialoq və əməli fəaliyyət üçün aparıcı qlobal platformaya çevrilib. Onun sözlərinə görə, WUF13 urbanizasiya ilə bağlı qlobal yanaşmaların yenidən qiymətləndirilməsi baxımından mühüm mərhələ hesab olunur.

Rossbax vurğulayıb ki, forumun Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal dialoqun təşviqində və regionlararası əməkdaşlığın gücləndirilməsində rolunu nümayiş etdirir.

“WUF13 indiyədək UN-Habitat tərəfindən təşkil edilən ən böyük forumdur. Tədbirdə 182 ölkədən 41 mindən çox iştirakçı qatılıb. Onların sırasında dövlət başçıları, nazirlər, merlər, BMT rəsmiləri, biznes, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri yer alır”, – deyə o bildirib.

İcraçı direktor qeyd edib ki, UN-Habitat hökumətlər və tərəfdaşlarla birlikdə daha güclü siyasətlərin hazırlanması, effektiv institutların qurulması və real nəticə verən həllərin tətbiqi üzərində işləyir. Bununla belə, siyasət hədəfləri ilə onların icrası arasında hələ də ciddi boşluq qalır. Onun sözlərinə görə, WUF13 dialoqdan real fəaliyyətə keçidi sürətləndirən əsas platformadır. Forum çərçivəsində 6 yüksək səviyyəli dialoq, 370-dən çox tərəfdaş tədbiri və 130-dan artıq sərginin yer aldığı Qlobal Şəhər Ekspo keçirilir. Həmçinin “Practice Hub”, “WUF Academy” və “Business and Innovation Hub” kimi yeni təşəbbüslər təqdim olunur ki, bunlar innovativ həllərin yayılmasına, bacarıqların inkişafına və mənzil-şəhərsalma sahəsində tətbiq oluna bilən layihələrin təşviqinə xidmət edir.

O əlavə edib ki, forum siyasi dialoqun gücləndirilməsinə də mühüm töhfə verir. Xüsusilə nazirlər səviyyəsində aparılan müzakirələr Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına şərait yaradır.

Rossbaxın sözlərinə görə, şəhərlər artıq bir çox sahədə liderlik göstərir. Dünyanın müxtəlif bölgələrində qeyri-rəsmi məskunlaşmaların yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının artırılması kimi praktik həllər tətbiq olunur. Əsas problem həllərin mövcudluğu deyil, onların tətbiq sürəti və miqyasıdır.

Onun fikrincə, qlobal məqsədlərə çatmaq üçün şəhərlərin və icmaların gücləndirilməsi həlledici əhəmiyyət daşıyır. Müasir urbanizasiya çağırışlarının mürəkkəbliyi və miqyası fonunda tərəfdaşlıq xüsusi rol oynayır.

Anaklaudia Rossbax vurğulayıb ki, WUF13 qəbul olunmuş öhdəliklərin konkret fəaliyyətə çevrilməsi üçün mühüm imkandır. Forum “Bakı Fəaliyyətə Çağırışı” adlı sənədin qəbulu ilə yekunlaşacaq. Bu sənəd inklüziv, dayanıqlı və uzunmüddətli şəhər inkişafı üzrə ortaq baxışı və kollektiv öhdəlikləri əks etdirəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma

Ən son

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) davamlı şəhər inkişafı, mənzil siyasəti və icmaların şəhərsalma proseslərinə

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) davamlı şəhər inkişafı, mənzil siyasəti və icmaların şəhərsalma proseslərinə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin