Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

WUF13-ün ikinci günü işinə başlayır

IMG-20260518-WA0003

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci gününə start verilir.

Baki-baku.az xəbər verir ki, bu gün forum tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Liderlər Sammiti keçiriləcək.

Bundan başqa, Assambleyaların birgə yekun iclası, “Urban Expo Sərgisinin” rəsmi açılışı, həmçinjn Afrika regionu üzrə Nazirlərin Regional Görüşü baş tutacaq.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

“Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

Forum çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları və insan rifahı ilə bağlı qlobal məsələlər müzakirə olunur.

Xatırladaq ki, forumun ilk günüdə Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş, Qadınlar Assambleyası, Yerli və regional hökümətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası baş tutub.

Forum çərçivəsində keçirilən əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi Qlobal Su Operatorlarının Tərəfdaşlıq Alyansı (GWOPA) yer alıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müasir dövrdə iqlim dəyişiklikləri, sürətli urbanizasiya, əhali sayının artması və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışların meydana çıxmasına

Ən son

GÜNDƏM

BMT-nin Ümumdünya Şəhərsalma Forumundan (WUF13) əvvəl rəsmi açılış mərasiminin mətbuat konfransı keçirilir.

GÜNDƏM

BMT-nin Ümumdünya Şəhərsalma Forumundan (WUF13) əvvəl rəsmi açılış mərasiminin mətbuat konfransı keçirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin