Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Moldova mediası WUF13 haqqında məqalə dərc edib

WUF13, Moldova

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə dərc edib.

Baki-baku.az xəbər verir ki, məqalədə bu gün Azərbaycan paytaxtında şəhərlərin inkişafı və urbanistikanın gələcəyinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) işə başladığı bildirilir. Forum BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir mayın 22-dək davam edəcək.

“Rəsmi məlumata görə, forumda iştirak üçün müxtəlif ölkələrdən 42 mindən çox insan qeydiyyatdan keçib.

Tədbirdə bir sıra dövlət liderlərinin, nazirlərin, BMT nümayəndələrinin, beynəlxalq ekspertlərin, yerli hakimiyyət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir. WUF13 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş Liderlər Sammiti də keçiriləcək. Forumun ilk günü Yeni Şəhərsalma Proqramı çərçivəsində nazirlər görüşünü əhatə edir. İştirakçılar əldə olunan nəticələri, mövcud çağırışları və gələcək fəaliyyət istiqamətlərini müzakirə edəcəklər”, – deyə məqalədə qeyd olunur.

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə keçirilən “Global Water Operators Partnerships Alliance” Assambleyası ayrıca tədbir olacaq. Tədbir “UN-Habitat”, Su Operatorları Tərəfdaşlıqları üzrə Qlobal Alyans və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla 26 faiz təşkil

Ən son

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin