Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

UN-Habitat: WUF13-də qəbul ediləcək nəticələrin icrası təmin olunmalıdır

UN-Habitat, WUF13, Riana Hedeya

Hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri, təbii fəlakətlər və silahlı münaqişələr məskunlaşma sahəsində ciddi problemlər yaradır. Bu çağırışların həllində vətəndaş cəmiyyətinin rolu mühüm və əvəzolunmaz hesab olunur. Mövcud məlumatlara görə, dünyada təxminən 2,8 milyard insan mənzil və məskunlaşma problemlərindən əziyyət çəkir ki, bu da insan hüquqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirilir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regional direktoru Riana Hedeya BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Kütləvi və Vətəndaş Cəmiyyəti Təşkilatları Assambleyası: Şəhərlərin səsi” adlı açılış sessiyasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları (QHT-lər) məskunlaşma sahəsində mövcud problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

“Bu təşkilatlar insan hüquqlarının bərpasına töhfə verir, problemləri gündəmə gətirərək onların həllinə çalışırlar. Məskunlaşma məsələləri böyük həcmdə maliyyə vəsaiti tələb edir və bu prosesdə vətəndaş cəmiyyəti ilə hökumətlər arasında sıx əməkdaşlıq vacibdir. UN-Habitat-ın strateji məqsədi yalnız şəhərlərdə deyil, eyni zamanda regionlarda yaranan məskunlaşma problemlərinin həllinə yönəlib və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Biz bu tədbirin sonunda qəbul ediləcək qərarlara uyğun olaraq fəaliyyətimizi davam etdirməli və WUF13-dən irəli gələn nəticələrin real şəkildə icrasını təmin etməliyik. Strateji planların həyata keçirilməsi üçün birgə və koordinasiyalı fəaliyyət göstərilməlidir”, – deyə BMT nümayəndəsi bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla 26 faiz təşkil

Ən son

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin