Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Bahar Muradova: Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına fəal töhfə verəcək

Bahar Muradova, BMT, Ümumdünya Şəhərsalma Forumu, WUF13, Qadınlar Assambleyası

Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi iştirakçı ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan əməkdaşlığa açıq bir ölkə kimi qlobal gündəmdə olan mühüm məsələlərə həsr edilən çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ilə tanınır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış mərasimində çıxışı zamanı səsləndirib.

Komitə sədri bildirib ki, Azərbaycan həm təşkilatçılıq, həm məzmun, həm də nəticə baxımından beynəlxalq tədbirlərin keçirilməsində mühüm təcrübə formalaşdırıb. Onun sözlərinə görə, bu təcrübənin digər ölkələrlə bölüşülməsi və müxtəlif dövlətlərin bu prosesə cəlb olunması xüsusi önəm daşıyır. O qeyd edib ki, Azərbaycanın ən mühüm təcrübələrindən biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləridir. Bu ərazilərdə şəhərlər sıfırdan qurulur, müasir standartlar tətbiq edilir və yeni şəhərsalma yanaşmaları formalaşdırılır. Bu proses həm ölkənin inkişafında yeni mərhələdir, həm də digər dövlətlər üçün mühüm örnək rolunu oynayır.

Muradova vurğulayıb ki, müasir dövrdə dünyada müharibələr və postmünaqişə dövrlərinin yaratdığı problemlər davam edir. Onun sözlərinə görə, insanların rahat şəhər mühitinə, mənzil təminatına və xidmətlərə əlçatanlığının təmin edilməsi xüsusi aktuallıq daşıyır. Bu baxımdan rəqəmsal transformasiya strategiyalarının hazırlanması da vacib istiqamətlərdən biridir.

O əlavə edib ki, şəhərsalma prosesində qadınlar və kişilər bərabər şəkildə iştirak etməli, qərarların qəbulunda aktiv rol oynamalı və əldə olunan nəticələrdən eyni səviyyədə faydalanmalıdırlar. “Forum şəhərsalma sahəsində yeni standartların formalaşması, təcrübə mübadiləsi və Azərbaycanın uğurlu təcrübəsinin öyrənilməsi üçün geniş imkanlar yaradır. Burada mühüm məsələlər müzakirə olunacaq və əhəmiyyətli qərarların qəbul ediləcəyi gözlənilir.

Hesab edirəm ki, Azərbaycan bu prosesdə fəal rol oynayacaq və yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək”, – deyə Komitə sədri bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Krysztof Szezerski BMT-nin Ümumdünya Şəhərsalma Forumunun

Ən son

GÜNDƏM

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla

GÜNDƏM

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin