Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Anar Quliyev: Mənzil məsələsinə yalnız tikinti və inşaat deyil, geniş şəhər siyasəti çərçivəsində yanaşılmalıdır

IMG-20260517-WA0025

Mənzil təminatı təkcə sosial problem kimi qiymətləndirilməməlidir. O, eyni zamanda iqlimlə bağlı məsələdir, iqtisadi inkişafla əlaqəlidir, ümumi tərəqqinin tərkib hissəsidir və insanın ləyaqət və şərəfi ilə birbaşa bağlıdır. Bundan əlavə, mənzil təminatı təhsil, səhiyyə və ümumi yaşayış səviyyəsi ilə sıx şəkildə əlaqəlidir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycanın sədrliyi ilə keçirilən Yeni Şəhər Gündəliyinə dair nazirlər səviyyəsində görüşdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, dünya üzrə şəhər əhalisinin artması məskunlaşma proseslərinə, iqlim dəyişikliklərinə və infrastruktur sistemlərinə ciddi təzyiqlər yaradır. Bu amillərin bir-biri ilə sıx bağlı olduğunu vurğulayan A.Quliyev qeyd edib ki, mövcud çağırışlar vahid və kompleks yanaşma tələb edir.

Bu baxımdan mənzil siyasətinə yalnız tikinti fəaliyyəti kimi deyil, daha geniş şəhər idarəetmə siyasəti kimi baxılmalıdır. Buraya torpaqdan istifadə, mobillik, infrastrukturun inkişafı, yaşıl məkanların yaradılması, iqtisadi məhsuldarlıq və sosial inteqrasiya kimi istiqamətlər daxildir.

Nazirlər səviyyəsində keçirilən görüşün WUF çərçivəsində əsas platformalardan biri olduğunu vurğulayan A.Quliyev qeyd edib ki, forum yarandığı ilk illərdən bu günə qədər inkişaf edərək daha interaktiv və nəticəyönümlü bir platformaya çevrilib. Onun sözlərinə görə, yeni format milli təcrübələrlə yanaşı, konkret həllərin, qabaqcıl yanaşmaların və birgə fəaliyyətlərin müzakirəsinə geniş imkan yaradır.

O əlavə edib ki, yüksək səviyyəli iştirak forumun əhəmiyyətini göstərməklə yanaşı, BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığın etimad üzərində qurulduğunu da təsdiqləyir. A.Quliyev bildirib ki, bu görüş nazirlərə əldə olunan nəticələri dəyərləndirmək, qabaqcıl təcrübələri bölüşmək və mövcud çağırışları müzakirə etmək üçün mühüm fürsət yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, UN-Habitat-ın icraçı direktoru bu barədə forum çərçivəsində keçirilən nazirlər səviyyəli görüş zamanı deyib.

Ən son

GÜNDƏM

DİM-dən Baki-baku.az-a bildirilib ki, Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən

GÜNDƏM

DİM-dən Baki-baku.az-a bildirilib ki, Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar imtahana müəyyən qədər gecikən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin