Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Türkiyəli bələdiyyə rəhbəri: WUF13 gələcək şəhərsalma layihələri üçün mühüm yol göstəricisi olacaq

IMG-20260517-WA0024

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı əldə olunacaq bilik və təcrübə gələcək şəhərsalma layihələrinin hazırlanmasında önəmli istinad mənbəyi rolunu oynayacaq. Xüsusilə dayanıqlı mənzil siyasəti və əməkdaşlıq mexanizmlərinə həsr olunan müzakirələr bizim üçün böyük əhəmiyyət daşıyır.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Türkiyənin Samsun vilayətinin Terme bələdiyyəsinin sədri Şenol Kul Bakıda keçiriləcək WUF13 forumuna yola düşməzdən əvvəl səsləndirib.

Şenol Kul bildirib ki, forum çərçivəsində o, BMT ilə dialoq məqsədilə dünyanın müxtəlif ölkələrindən merləri, qubernatorları və yerli idarəetmə nümayəndələrini bir araya gətirən əsas beynəlxalq siyasət platforması sayılan Ümumdünya Yerli və Regional Hakimiyyətlər Assambleyasının (WALRG) toplantısında iştirak edəcək.

Bundan başqa, Terme bələdiyyəsinin rəhbəri Bakı forumu çərçivəsində təşkil olunacaq dəyirmi masa müzakirələrində də öz fikirlərini bölüşəcəyini qeyd edib.

“WUF13 fərqli şəhərlərin təcrübələrini yaxından öyrənmək və bölgəmizi beynəlxalq platformada təmsil etmək baxımından çox önəmli imkandır.

Azərbaycanda müzakirə olunacaq şəhər dayanıqlılığı və yaşıl mənzil məsələləri Termenin gələcək inkişaf planları ilə birbaşa bağlıdır. Qlobal təcrübə və bilik mübadiləsindən faydalanaraq şəhərimizi daha müasir, rahat və yaşamaq üçün əlverişli məkana çevirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o bildirib.

Türkiyəli bələdiyyə sədri WUF13 çərçivəsində qəbul olunacaq yekun sənədlərin əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, həmin sənədlər dayanıqlı şəhər inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacaq və urbanizasiya ilə bağlı qərarların qəbulunda yerli hakimiyyətlərin təsir imkanlarını daha da gücləndirəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Banqladeş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) şəhər planlaşdırması sahəsində itkin düşmüş və həssas uşaqların hüquqlarını nəzərə alacaq

Ən son

GÜNDƏM

Azərbaycanda mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Azərbaycanda mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin