Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

Bakıda WUF13-lə bağlı xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir

IMG-20260514-WA0091

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bir sıra küçə və prospektində təşkil edilmiş müvəqqəti xüsusi hərəkət zolaqları qüvvəyə minir.

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, həmin yerlərdə bunu bildirən 5.9 – “ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti – Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin