Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

"Tanrının yaraqları 4"

Ceki Çanın rol aldığı məşhur “Tanrının yaraqları” franşizasının yeni filmi “Tanrının yaraqları 4: Ultimatum”un bəzi səhnələri Azərbaycanda lentə alınacaq.

Baki-baku.az-ın “Variety” nəşrinə istinadən yaydığı məlumata görə, filmin çəkilişlərinə bu ilin iyul ayında start veriləcək. Ekran işinin dünya premyerası isə 2027-ci ilin ikinci rübü üçün nəzərdə tutulub.

Layihənin çəkiliş məkanları sırasında Azərbaycanla yanaşı, Qazaxıstan da yer alır. Bununla da “Tanrının yaraqları” seriyasının tarixində ilk dəfə olaraq filmin bir hissəsi Mərkəzi Asiya və Azərbaycan regionunda çəkilmiş olacaq.

Filmin rejissoru Robert Kun, prodüserləri isə Esmond Ren və Igor Tsaydir. İstehsal prosesini isə Salem Entertainment
həyata keçirir.

Süjet xəttinə əsasən, Ceki Canın canlandırdığı “Asiya qırğısı” yenidən təhlükəli macəraya atılır. Bu dəfə o, uğrunda 20 milyon dollardan artıq mükafat təyin edilmiş qədim “Tumar” artefaktının izinə düşür.

Aktyorun sözlərinə görə, region ölkələri ilə əməkdaşlıq filmin vizual üslubuna və yaradıcı yanaşmasına yeni nəfəs qatacaq.

Qeyd edək ki, “Tanrının yaraqları” franşizasının ilk filmi 1986-cı ildə təqdim olunub və illər ərzində döyüş-macəra janrının ən populyar ekran işlərindən birinə çevrilib. Seriyanın son filmi — “Çin təqvimi” — 2012-ci ildə nümayiş olunmuş və dünya prokatında 140 milyon dollardan çox gəlir əldə etmişdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün "Azərbaycan Dəmir Yolları" (ADY) QSC Biləcəri sahəsində növbəti iməcilik təşkil edib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin