Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/01/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

İki nikahı, yeddi övladı ilə tarixə çevrilən Yesuqey Bahadır

IMG-20260430-WA0052

Dünya fatehi Çingiz xaqanın Sərkərdə-xaqan ucalığı, ailəsi və ailə dəyərləri ilə bağlı məsələlər daima diqqət mərkəzində olub. Əldə olunan məlumatlardan bəlli olur ki, onun özündən başqa beş qardaşı, bir bacısı olub. Atası Yesuqey Bahadırın iki xatunun olduğu da məlumdur. Birinci xatununun adı Soqixel, ikinci xatununun adı Oelon olan Yesuqey Bahadırın birinci xatunundan doğulan oğlanlarının adı Bekter və Belqutaydır. Oelondan olan oğlanlarının adı isə Temuçin, Hacar, Xaçiun, Temuge, qızının adı isə Temulerdi. Tarixi faktlardan bəlli olur ki, Yesuqey Bahadırın oğulları ilk vaxtlar bir-birləri ilə yola getməyiblər. Hətta lap gənc olanda Çingiz xaqan qardaşı Hacarla birlikdə Bekteri öldürüb. Bundan qəzəblənən anaları Oelon onların hər birinə cəza verərək yüz qırmanc vurdurub. Məhz bu cəza tətbiqindən sonra qardaşlar arasında münasibətlər düzəlib, bir-birləri ilə yola getməyə başlayıblar.

Çingiz xaqanın ən uzun ömürlü qardaşı Belqutay 90 il yaşayıb. Çox danışan adam olduğuna görə ona heç bir vəzifə etibar edilməyib. Çingiz xaqanın digər qardaşı Hacar dövlətin elçilik heyətinə, diplomatik missiyasına, danışıqlar protokoluna rəhbərlik edib. O, dünyasını dəyişdikdən sonra oğullarının bir qismə Batı xana, digər qismi isə Hülaki xana xidmət edib. Xaqanın üçüncü qardaşı Xaçion dünyasını tez dəyişsə də, əmilərindən sonra taxta çıxan Batı xanın ordusunda xidmət edib, Avropaya qədər irəliyiblər. Çingiz xaqanın xəzinədarı kimi tarixdə qalan Temuge doğruluğu, dürüstlüyü ilə ad çıxarıb. Əmisi dünyaya vida nəğməsi oxuduqdan sonra iqtidara gələn əmisi oğlu Ogedaya xidmət edib. Temuge Ogidayın hakimiyyəti dönəmində baş verən ara müharibələrində həlak olub. Altı qardaşın tək bacısı Temuge qəribə səslənsə də, 15 yaşında dayısına ərə verilib, 32 yaşında dünyasını dəyişib.

Dünyada ən çox dövlət çevrilişi ilə tarixə düşən ölkələr

Hər bir dövlət quruluşundan tərəqqisinə, eyni zamanda iflasına qədər həm də müəyyən dövlət çevrilişləri ilə müşayiət olunur. Əldə olunan məlumatlardan bəlli olur ki, 1950-ci ildən üzü bu yana dünyada 486 dövlət çevrilişi baş verib. Həmin çevrilişlərdə yalnız 245-i uğurlu olub. Dünyada ən çox çevriliş olan ölkə kimi tarixə yazılan dövlət isə Komor adalarına aiddir. Mozambik və Madaqaskar adalarının ortasında yerləşən bu dövlət Anjuan adasında yerləşir. Anjuan dövlətində nə az, nə çox, düz 24 dəfə dövlət çevrilişi olub. Burada dövlət çevrilişləri o qədər olub ki, onun sayını itiriblər.

1975-ci ildən başlayan 24 il ərzində 24 dövlət çevrilişi olub. Çevriliş cəhdləri və dövlət çevrilişləri ilə Ginnesin Rekordlar kitabına düşən Anjuanda bütün çevrilişlər uğurla başa çatıb. Daha maraqlı fakt isə odur ki, yerli əhali bu çevrilişləri adi hal kimi qarşılayıb. Yağışın yağması, günəşin doğması kimi təbii hadisə hesab ediblər. Əldə olunan digər məlumatlardan bəlli olur ki, dünyanın ən qansız-qadasız dövlət çevrilişləri ilə tarixə yazılan Anjuan iqtidar dəyişmələri zamanı güllə səsi eşidilsə də, əhalinin ölümü, adanın məhvi, evlərin dağılması müşahidə edilməyib.

Onu da qeyd edək ki, Anjuandan sonra ən çox dövlət çevrilişi ilə tarixdə qalan ikinci ölkə Bolivardır. Bu ölkənin ərazisində 23 dövlət çevrilişi olub, onun 11-i uğurla nəticələnib.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin