Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/16/2026

Paylaşın

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunda media nümayəndələri ilə görüş keçirilib

Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti xanım Aktotı Raimkulovanın Azərbaycan Media nümayəndələri ilə dəyirmi masa görüşü keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Mədəniyyət və TV1 televiziyalarının, “Olaylar”, “Ədəbiyyat və incəsənət”, “Azernews”, “Türküstan”, “Baki-baku.az” saytlarının, eləcə də digər media qurumlarının nümayəndələri iştirak edirdi.

Görüşün moderatoru olan Fondun əməkdaşı, yazıçı Fərid Hüseyn diqqətə çatdırıb ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dövlət Başçılarının təşəbbüsü və dəstəyi ilə yaradılmış beynəlxalq təşkilatdır. Fondun əsas məqsədi türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, tədqiqi və təşviqi, həmçinin türk ölkələri arasında elmi, nəşr fəaliyyəti və humanitar əməkdaşlığın inkişaf etdirilməsidir.

Dəyirmi masa Azərbaycan media orqanlarının Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının zəngin irsinin beynəlxalq müstəvidə təbliği istiqamətində gördüyü işləri illər ərzində işıqlandırmasına görə təşəkkür məqsədi daşıyırdı.

Görüş çərçivəsində Fondun prezidenti Aktoti xanım Raimkulova Fondun ötən illər ərzindəki fəaliyyəti, uğurla icra edilən genişmiqyaslı layihələri və beynəlxalq səviyyəli tədbirləri barədə ətraflı məlumat verib. Toplantıda təşkilatın keçdiyi inkişaf yolu təhlil edilməklə yanaşı, türk dünyasının ortaq mədəniyyətinin qlobal müstəvidə təbliği istiqamətində əldə olunmuş nailiyyətlər diqqətə çatdırılıb.

Eyni zamanda, tədbirdə Fondun gələcək illər üçün müəyyən etdiyi strateji mövqelərə və prioritet hədəflərə toxunularaq, türk dövlətləri arasında mədəni bağların daha da dərinləşdirilməsi üçün nəzərdə tutulan yeni fəaliyyət istiqamətləri barədə media təmsilçiləri məlumatlandırılıb.

Daha sonra qonaqların Fondla tanışlığı baş tutub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Mən artıq bir ilə yaxındır ki, Bakıdayam. Bu şəhər mənim çox xoşuma gəlir”

Ən son

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.

GÜNDƏM

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi, paytaxt Bakıda da geniş qeyd edilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin