Nuh tufanından əvvəl Nuh peyğəmbərə bir gəmi inşa etməsi əmr olunduqda, Cəbrail əleyhissəlam ona hər taxtaya bir peyğəmbərin adını yazmağı əmr edir. Nuh peyğəmbər adları yazır, lakin səhəri gün hamısının silindiyini görür. Üç dəfə bir daha yazır, amma adlar yenidən silinir.
Nəhayət, bu sirr Cəbraildən (ə.s.ə.) gələn bir vəhi ilə açılır: Taxtaların birincisinə “mənim”, sonuncusuna isə “Habibim Məhəmmədin” adını yaz ki, şeytan digər adları silə bilməsin.
Nuh peyğəmbər əmr olunduğu kimi gəmini tamamlayır. Lakin dörd taxta artıq qalır. Səbəbini Cəbrail əleyhissəlamdan soruşur. Vəh mələyi sualı Uca Allaha bildirir və nida gəlir: “O, dörd taxtaya son peyğəmbərimin dörd xəlifəsinin adını yaz. Gəmi o zaman tamam olacaq!”

Peyğəmbər əleyhissəlam nədən qorxurdu
Bu gün hər bir müsəlmanı düşündürən bir sula var: Peyğəmbər əleyhissəlamın ümməti üçün ən çox nədən qorxdurdu? Savaş, yoxsulluq, yoxsa düşmənlər?
Peyğəmbərimiz ən çox kiçik şirkdən – şərik qoşmadan, özünü göstərmədən qorxurdu. Bunu bilən səhabələr təəccüblə ondan soruşurlar:
“Kiçik şirk nədir, ya Rəsulallah?”
Cavab qısa, amma çox təsirli idi: Riya.
Yəni edilən ibadət, yaxşılıq və ya əməlin Allah üçün deyil, insanların görməsi üçün edilməsi.
Təsəvvür edin: Namaz qılarkən biri baxırsa, daha diqqətli olursan. Sədəqə verərkən bilinməsini istəyirsən. Yaxşılığının qiymətləndirilməsini gözləyirsən.
Peyğəmbər əleyhissəlam ümmətinin bu gizli təhlükəyə düşməsindən qorxurdu. Çünki əməl nə qədər böyük görünsə də, niyyət pozulsa, dəyəri qalmaz.
Şərəf Cəllili